Energetika naziri Pərviz Şahbazov Bakı, Sumqayıt, Gəncə şəhərləri və Qusar, Astara rayonlarından olan vətəndaşlarla görüşüb.
Doğru.az xəbər verir ki, görüşdə elektrik şəbəkəsinə qoşulma, qaz təchizatı, qaz veriliş xəttinin mühafizə zonası, elektrik və qaz sayğaclarının quraşdırılması, işlə təminat və digər məsələlər müzakirə edilib.
Nazirlikdən bildirilib ki, qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün aidiyyəti struktur bölmələrə müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, Energetika Nazirliyi vətəndaş müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə rəhbər şəxslərin vətəndaşlarla görüş qrafikini rəsmi internet saytında yerləşdirib.
DOĞRU.AZ