image-2000x150px
image-7d9b92af-9229-3351-b208-3e60167b0ec1_850backend

Erlinq Holann İngiltərə Premyer Liqasının tarixinə düşüb

image-728x90px

“Mançester Siti”nin futbolçusu Erlinq Holann İngiltərə Premyer Liqasının tarixinə düşüb.

22 yaşlı hücumçu buna “Notinqem Forest”ə 6:0 hesabı ilə qalib gəldikləri V tur oyununda het-trik etməklə nail olub.

Norveçli forvard Premyer Liqadakı ardıcıl iki matçda bu bacaran 7-ci oyunçudur.

Daha əvvəl Les Ferdinand, İan Rayt, Tyerri Anri, Didye Droqba, Ueyn Runi və Harri Keyn eyni nailiyyətə imza atıb.

Qeyd edək ki, Erlinq Holann iyunun 13-də “Mançester Siti”yə keçib. Hücumçunun sözləşməsi 2027-ci ilin yayınadək nəzərdə tutulub.

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki