image-ads_n1karobka_mobile
Ermənilər bu dəfə Qəbələ, Siyəzən və Kürdəmiri raket atəşinə tutdu – Fotobackend

Ermənilər bu dəfə Qəbələ, Siyəzən və Kürdəmiri raket atəşinə tutdu – Foto

Oktyabrın 22-də səhər saatlarında Ermənistan ərazisindən Azərbaycan ərazisi əməliyyat-taktiki raket kompleksindən ballistik raketlərlə atəşə tutulub.
Doğru.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Düşmən tərəfindən saat 07.00 radələrində Siyəzən rayonu istiqamətində 3 raket, saat 09.00 radələrində isə Qəbələ rayonu istiqamətində 2 raket və Kürdəmir rayonu istiqamətində 1 raket buraxılıb.

Ermənistan silahlı qüvvələrinin hədəfi dinc əhali və mülki infrastruktur olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki