image-2000x150px
image-123
image-ads_atlas
image-1050f7d96bde5b6539d34aec95ed0165backend

Ermənilər Qarabağ haqda film çəkib dünyaya yayır, bəs biz nəyi gözləyirik?

image-728x90px

Azərbaycanın ikinci Qarabağ müharibəsində qazandığı tarixi qələbədən iki ilə yaxın vaxt keçsə də, dünya səviyyəsində Zəfərimizi əks etdirən film çəkilməyib. Doğrudur, dövlət səviyyəsində bununla bağlı lazımı tapşırıqlar verilib, lakin hələ də ortada ciddi iş gözə dəymir.

Bizdən fərqli olaraq, ermənilər 44 günlük Vətən müharibəsində biabırçı məğlubiyyətlərinə baxmayaraq, Qarabağla bağlı “Si le vent tombe” (əgər külək əsərsə) adlı film ərsəyə gətirərək, onu Kann festivalına təqdim ediblər. Qarabağ hadisələrinin təhrif olunduğu filmin hazırlanmasına 12 milyon dollar xərclənib.

Bəs, biz nəyi və kimi gözləyirik? İki il ərzində bir film çəkmək o qədərmi çətindir?

 

 

Bu barədə  danışan deputat Fazil Mustafa da mövzu ilə bağlı şikayətlərini dilə gətirib:

“Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva mədəniyyət xadimlərinə, mədəniyyət sahəsinə xüsusi diqqət ayırır. Lakin niyə Zəfərimizə dair film çəkilməyib, bunu araşdırmaq lazımdır. Bəlkə də maliyyə ayrılıb, amma onu mənimsəyirlər. Heç bir məlumatım olmadan rahatca söyləyirəm ki, 44 günlük Vətən müharibəsini əks etdirən filmin çəkilməsi üçün böyük vəsait ayrılıb, amma dünya səviyyəsində tanınmayan film çəkilib”.

Deputatin fikrincə, işə can qoymaq, ürək yandırmaq lazımdır:

“Erməni məğlub olsa da, ürək qoyub film çəkdi, o da dünyada tanındı. Ölkədə işi bacaran adamları isə hörmətsizcə işdən çıxarırlar. Yaylaq festivalı keçirildi, festivala Milli Məclisin Mədəniyyət komitəsini dəvət etmədilər. Artıq tənqidlər də nəticə vermir. Narkomaniya ilə bağlı “özünü dağıdırsan”, deyirsən təhlükə baş alıb gedir, ağızlarını açıb bir kəlmə belə danışan olmur. Azərbaycanda vicdansızlıq, Vətən sevməzlik heç vaxt bu həddə olmayıb. Bir neçə tədbirdə şahidi oldum ki, ziyalılar Prezidentlə görüşərkən öz dərdlərindən danışırlar. Bir nəfər demədi ki, Əhməd Ağaoğlunun ev muzeyini bərpa etmək lazımdır. Cəmiyyətin alt qatlarında duyarsızlıq, ilgisizlik o qədər inkişaf edib ki, fəlakət səviyyədədir. Ortada bir ağıllı rejissor saxlamayıblar ki, samballı film çəksin”.

Kinorejissor Şeyx Əbdül isə hesab edir ki, dünya səviyyəli filmin çəkilməsi üçün maliyyə lazımdır:

“Kinonu kinoçuya vermək lazımdır. Mədəniyyət Nazirliyinin kino ilə əlaqəsi yoxdur. Kinonun sahibi peşəkar kino xadimləri olmalıdır. Kinemotoqraflar İttifaqı “acından günorta duran” ictimai təşkilatdır, onun kino çəkilişinə, istehsalına heç bir müdaxiləsi yoxdur. 44 günlük müharibəni əks etdirən film çəkmək üçün lazım olan məvacibi əvvəlcədən demək də mümkün deyil. Məsələn, arxa cəbhəni əks etdirən film çəkilirsə, bunun üçün böyük xərc lazım olmur. Biri də var ön cəbhə ilə bağlı döyüş səhnələrini əks etdirən film çəkilir, bu zaman xeyli məvacib lazımdır”.

Onu da qeyd edək ki, bu yaxınlarda Mədəniyyət Nazirliyi “Qarabağ Vətən Müharibəsi” şərti adlı 8 bölümlü bədii serialın çəkilməsi ilə bağlı elan etdiyi tenderə yekun vurub. Tenderin qalibi “Bozdağ Film Yapım Prodüksiyon Reklam İnşaat Turizm Sanayi Ticaret Anonim Şirket”i olub. Məlumata görə, qalib şirkətə 1,7 milyon manat (1 milyon ABŞ dolları) ödəniləcək. Lakin serialın nə vaxt çəkiləcəyi və hazır olacağı hələ də sual altındadır.

Nazirlik isə “hələ gözləyin” deyir…

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki