Doğru.az xəbər verir ki, ermənilər Xankəndidən qaçıb:

Separatçı rejimin Xankəndi şəhərinin qondarma bələdiyyəsinin sədri bildirib ki, müharibəyə qədər şəhərdə 56 min erməni yaşayırdı, hazırda isə bu rəqəm 17 minə düşüb. Yollar bağlı olduğu üçün əhalinin ərzaq, sağlamlıq və digər zəruri tələbatları yaranıb. Havalar soyuduqca, çətinlik artır. Ona görə də həmin insanların razılığı olarsa, tezliklə onların evakuasiyası baş tuta bilər.

























