Ermənistanın sosial məsələlər naziri Arsen Torosyan Qarabağla bağlı paylaşımı ilə ölkəsindəki bəzi revanşist tör-töküntülər tərəfindən qəzəblə qarşılanıb.
Musavat.com xəbər verir ki, nazir sosial şəbəkədə Qarabağdan köçən ermənilərlə bağlı məlumat verərkən regionu açıq şəkildə Azərbaycan ərazisi kimi qeyd edib.
Bu ifadə Ermənistan cəmiyyətində kəskin narazılıqla qarşılanıb. Sosial şəbəkələrdə Torosyana qarşı sərt kampaniya başlayıb, onu “xain”, “milli maraqlara zidd mövqe tutan şəxs” adlandıran yüzlərlə paylaşım edilib.
Bəziləri nazirin istefasını tələb edib, bəziləri isə bu açıqlamanı hökumətin real mövqeyinin etirafı kimi dəyərləndirib.
DOĞRU.AZ




























