image-2000x150px
image-123
image-ads_atlas
image-img_20221230_025224_656backend

“Əsgərə Xatirə” layihəsi şəhid ailələrini sevindirib – FOTO

image-728x90px

“Əsgərə Xatirə” layihəsi komandası Biləsuvar rayon İcra Hakimiyyəti ilə birlikdə növbəti tədbir həyata keçirib.

Tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, “Əsgərə Xatirə” layihəsinin rəhbəri Nuranə Şıxəliyeva, ictimai fəal, xeyriyyəçi-sahibkar Əliş Hüseynov,  Azərbaycan Tibb Universitetinin bioloji kimya kafedrası baş müəllimi,elmlər namizədi Firəngiz Quliyeva, yazar-pedaqoq İradə Əlili, şair, publisist, dramaturq, nasir, senari müəllifi, rejissor, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbani, Şəhid Əbdurrəhmanlı Sübhanın anası Mehriban Abdurrəhmanova, N saytlı hərbi  hissə komandiri ədliyyə baş leytenantı Rüstəm Əliyev  o cümlədən “Əsgərə Xatirə” layihəsinin fəxri üzvləri iştirak ediblər.Tədbir çərçivəsində vətən müharibəsində şəhid olmuş Biləsuvarlı gənclərin ailələri ziyarət olundu. Şəhid ailələrin bayramları təbrik edilib, xeyriyyəçi-sahibkar Əliş Hüseynovun  maliyyə dəstəyi ilə ailələr bayram sovqatları paylanılıb.Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov qonaqlara təşəkkür edərək bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş, qazi olmuş əsgər və zabitlərimizlə daim fəxr edəcəyik. İcra başçısı Faiq Qürbətov həmçinin  “Əsgərə xatirə kitabı” layihəsinin rəhbəri Nuranə Şıxəliyevaya  və gələn qonaqlara  şəhid ailələrinə göstərdikləri diqqət və qayğıya görə öz minnətdarlığını bildirdi.

Çıxış edən qonaqlar  dövlətimizin daim diqqət və qayğısı ilə əhatə olunan şəhid ailələrini ziyarət etməyi və şəhidlərimizin xatirəsini əziz tutmağı hər kəsin vətəndaşlıq borcu olduğunu bildirərək, bundan sonra da Vətən müharibəsi şəhidləri, qaziləri və iştirakçıları ilə mütəmadi görüşlər keçirəcəklərini, onları ziyarət edəcəklərini qeyd etdilər.

Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov tərəfindən fəxri qonaqlar təltif olunublar. Xeyriyyəçi-sahibkar Əliş Hüseynova bu nəcib əməyinə və dəstəyinə görə, tədbir iştirakçıları təşəkkür ediblər.

DOĞRU.AZ











image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki