Dogru.az xəbər verir ki, 44 günlük Vətən müharibəsində şücaət göstərərək, yaralı halda ermənilər tərəfindən əsir götürülən Amin Musayev bu gün Vətənə gətirilib. Əsir götürülən Amin Musayevlə bağlı foto sosial şəbəkədə yayılıb.Yayılan fotodan da açıq aydın görünür ki, Amin Musayev hal-hazırda həkim nəzarətindədir.
Qeyd edək ki, Amindən başqa, əsir götürülən bir neçə hərbçimizin də Vətənə gətirilməsi ilə bağlı məlumat yayılıb. Ancaq, bununla bağlı hələ ki, rəsmi açıqlama yoxdur.


























