Estoniyanın Ukraynadakı səfiri Anneli Kolk bildirib ki, Tallin respublika ərazisinə öz qoşunlarının göndərilməsi imkanlarını müzakirə etməyə hazırdır. Onun sözlərini RBC-Ukrayna sitat gətirir.
O, Ukraynaya hərbi qoşunların göndərilməsi məsələsinin Estoniya üçün qırmızı xətt olmadığını vurğulayıb.
“Biz NATO və ya Avropa İttifaqından ümumi mövqeyə ümid edirik və bizim liderlərimiz, yəni Müdafiə Nazirliyi başda olmaqla, bunu müzakirə edirlər və bu yaxınlarda bizim üçün mümkün olmayan heç nəyin olmadığını dedilər” deyə Kolk bildirib.
Bundan əvvəl Estoniyanın baş naziri Kaja Kallas Parisdə Fransa prezidenti Emmanuel Makronla görüşdə ölkənin Ukraynaya yardımla bağlı Fransa ilə həmrəy olduğunu bildirib. O, Estoniyanın bunun üçün lazımi resurslara, iqtisadi gücə və biliyə malik olduğunu vurğulayıb. Onun sözlərinə görə, Tallin və Paris başa düşürlər ki, hazırda Avropa üçün ən mühüm strateji prioritet onun müdafiə qabiliyyətinin artırılması olmalıdır.
Mənbə: Sputnik