image-n1karobka_ads
image-123
image-etbackend

Ət ucuzlaşır – İdxalda azalma qeydə alındı

image-ad_qayo_720x110px

Azərbaycanda idxal olunan ətin miqdarında və dəyərində azalma müşahidə olunur. Bu isə bazarda qiymətlərin sabitləşməsi ilə nəticələnir.

Doğru.az xəbər verir ki, 2025-ci ilin yanvar–aprel aylarında ölkəyə idxal olunan ət miqdarı ötən ilin eyni dövrü ilə müqayisədə 76 ton, yəni təxminən 0.4 faiz azalıb. Ət idxalına xərclənən vəsaitdə isə 2.49 milyon ABŞ dolları həcmində – təxminən 6.8 faizlik azalma qeydə alınıb.

Mütəxəssislərin fikrincə, bu azalma həm əhalinin yerli məhsullara üstünlük verməsi, həm də ölkədəki heyvandarlıq təsərrüfatlarının inkişafı ilə bağlıdır. Hazırda bəzi iri ticarət şəbəkələrində mal və qoyun ətinin qiymətində hiss olunan enmə müşahidə olunur.

İqtisadçılar hesab edir ki, bu tendensiya davam edərsə, yaxın aylarda ət bazarında qiymətlərin daha da əlçatan olması mümkündür.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki