Səhiyyə Nazirliyində kadr dəyişiklikləri olub. Səhiyyənin Təminat Mərkəzinin direktoru Azər Nəsirov vəzifəsindən azad edilib.
Sfera.az-a nazirlikdən verilən məlumata görə, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.
Nazirin digər əmri ilə Etibar Muradov mərkəzin yeni direktoru təyin olunub. Azər Nəsirov isə direktor müavini vəzifəsinə keçirilib.
DOĞRU.AZ




























