image-2000x150px
image-123
image-ads_atlas
image-17193983494733030065_1200x630backend

ETSN sözçüsü: Hava xəbərdarlıqları fəsadlardan qorunmaq üçündür

image-728x90px

Sinoptiklər tərəfindən əvvəlcədən verilən xəbərdarlıqlara görə bu gün və sabah səhər saatlarınadək ölkə ərazisində qeyri-sabit hava şəraiti hökm sürəcək. Ölkənin bir sıra ərazilərində leysan yağışlar yağacağını, güclü külək əcəcəyini nəzərə alaraq, narıncı və sarı xəbərdarlıqlara əməl edilməsi tövsiyəsi ilə bir daha vətəndaşlara müraciət edirik. Hava haqqında Milli Hidrometeorologiya Xidmətinin əvvəlcədən açıqladığı məlumatlara, xüsusən xəbərdarlıqlarla bağlı çağırışlara diqqət yetirilməsini, gündəlik fəaliyyətdə mütləq şəkildə nəzərə alınmasını vacib bilirik. Sarı və narıncı xəbərdarlıq sərt hava dəyişkənliyindən xəbər verir, faktiki hava məlumatlarından da görünür ki, bəzi yerlərdə leysan yağış yağır, çaylardan sel keçir, güclü külək davam edir. Buna görə də davamlı şəkildə açıqlanan xəbərdarlıq çağırışlarını ciddiyə almaq vacibdir. Verilən hava xəbərdarlıqları fəsadlardan qorunmaq üçündür.

Doğru.az xəbər verir ki, belə bir müraciətlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova çıxış edib.

Nazirlik sözçüsü qeyd edib ki, hər birimizin həyatı üçün gözlənilən təhlükə barədə daha geniş auditoriyanın əhatə olunması ilə əhalinin məlumatlandırılması olduqca zəruridir.

“Bu, mümkün təhlükələrdən əvvəlcədən xəbər tutmağa, özümüzü və yaxınlarımızı qorumağa imkan yaradır”, – deyən İ.İbrahimovanın sözlərinə görə, ardıcıl olaraq vətəndaşlarımızın hava durumu barədə məlumatlandırılması, xəbərdarlıqların verilməsinin də məqsədi budur.

“Odur ki, verilən hava məlumatlarını, xəbərdarlıqları izləməyi unutmayın və ehtiyatı əldən verməyin. Bilməliyik ki, hər birimizin ehtiyatsızlığı fəlakətə səbəb ola bilər”, – deyən mətbuat katibi bildirib ki, verilən hava xəbərdarlıqları hər bir vətəndaşın daim diqqətində olmalı, bu həyəcanı hər kəs hiss etməli və maksimum dərəcədə ehtiyatlı olmalıdır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki