image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-18backend

 Evə anasının yad kişi gətirdiyini deyən qızını çayxanada qoyub arvadına 12 bıçaq zərbəsi vurdu

image-728x90px

2020-ci il iyunun 8-də Sumqayıtda Teymur Şıxkərimov adlı şəxs polisə gələrək, həyat yoldaşını bıçaqladığı barədə məlumat verib. Araşdırma zamanı 34 yaşlı Aygün Şıxkərimovanın Təcili Tibbi Yardım Xəstəxanasına çatdırıldığı və əməliyyat edildiyi məlum olub.

İstintaqla müəyyən olunub ki, Teymur Şıxkərimov mobil telefonla ondan gizlin başqa şəxslərlə danışmasından və görüşməyindən şübhələndiyinə görə arvadı ilə mütəmadi mübahisə edib. Bu səbəbdən onu öldürmək qərarına gəlib. İyunun 8-də qadının kirayə yaşadığı binanın qarşısına gəlib və Aygün Şıxkərimovanın bədəninin müxtəlif nahiyələrinə bıçaqla 12 dəfə zərbə endirib. İstintaqa məlum olmayan şəxslərin müdaxiləsi və qadının vaxtında xəstəxanaya çatdırılması sayəsində onun həyatını xilas etmək mümkün olub.

İş üzrə dindirilmiş Teymur Şıxkərimov bildirib ki, hərbi xidmətdən qayıtdıqdan sonra Bakı və Sumqayıtda müxtəlif yerlərdə kirayədə qalaraq, tikinti şirkətində fəhlə işləyib. Aygünlə 2011-ci ildə tanış olandan bir ay sonra rəsmi nikaha daxil olub. Nikahdan iki qız övladları dünyaya gəlib. Corat qəsəbəsində, qayınatasına məxsus evdə yaşayıblar. Təxminən iki il əvvəl Aygünün ona qarşı münasibətinin dəyişdiyini hiss edib. Əvvəllər arvadı telefonu masanın üzərinə qoyurdusa, son vaxtlar özündə saxlayıb. Telefonuna zəng etdikdə dəfələrlə onun kiminləsə danışdığının şahidi olub. Kiminlə danışdığını soruşduqda o, hər dəfə bacısı ilə söhbət etdiyini deyib.

2020-ci ilin fevral ayında Xaçmaz rayonunda olarkən, yoldaşı zəng edərək atasının onu evdən qovduğunu bildirib. Bunu aydınlaşdırmaq üçün qayınatasına zəng edəndə, o: “Aygün əxlaqsızlıq edir, gəl, arvadına sahib çıx”, – deyib. Aygün üç-dörd ay bacısının evində qalıb. Sonra kirayə mənzil tutaraq, oraya köçüb. Xaçmaz rayonunda bir müddət işlədikdən sonra aprel ayının axırlarında Aygünün yaşadığı evə gedib. Kiçik qızı Mədinə ona anasının evə Taleh adlı kişini gətirdiyini və onun meyvə-tərəvəz satışı ilə məşğul olduğunu deyib. O, iyunun 4-də Mədinəni Şabran rayonuna aparıb, bununla bağlı Aygün polisə müraciət edərək, övladının qaçırıldığını bildirib.

Növbəti gün o, Sumqayıta gələrək verdiyi izahatda Mədinənin doğma qızı olduğunu və onu öz istəyi ilə rayona apardığını göstərib. Ayın 7-də telefonla danışanda Aygün övladını evə gətirməsini tələb edib, bir daha uşaqları ona göstərməyəcəyini və ondan boşanıb, Talehlə nikaha daxil olacağını bildirib. Həmin gün növbəti dəfə zəngləşəndə arvadı telefonu Mədinəyə verməsini xahiş edib. Həmin vaxt Talehin böyük qızı Nuraya “qızım, bacınla danış” söylədiyini eşidib. Bunu eşidib, qəzəblənib və yoldaşına qızı olduğu evə yad kişi gətirdiyni və onu sabah öldürəcəyini deyib. İyunun 8-də qızı ilə birlikdə Sumqayıta gəlib. Övladını çayxanada qoyaraq arvadının yaşadığı binanın qarşısına gəlib, onun aşağı düşməsini gözləyib. Bir müddət sonra qadının Talehin idarə etdiyi avtomobildən düşdüyünü görüb. Dərhal üzərinə gedərək, bıçaqla Aygünün boynuna, boğazına və digər nahiyələrinə xəsarətlər yetirib. Zərbələrin təsirindən bıçağın dəstəyi tiyəsindən qırılıb. Qadının qışqırıq səsini eşidən Taleh maşından düşüb, söyə-söyə arxasınca qaçsa da, ona çata bilməyib.

Aygün Şıxkərimova ifadəsində göstərib ki, həyətdə olan şəxslər müdaxilə etməsəydilər, Teymur onu öldürə bilərdi. Onun Taleh adlı şəxslə sevgi münasibəti və ya cinsi əlaqəsi olmayıb. Talehi meyvə-tərəvəz dükanı işlədən şəxs kimi tanıyıb. Ondan 150 manat borc pul alıb, sonuncu da bir-iki dəfə qapını döyərək, ondan borcunu istəyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Teymur Şıxkərimov 7 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki