image-2000x150px
image-123
image-ads_atlas
image-1315770backend

Faktiki hava açıqlanıb: Bəzi yerlərdə şimşək çaxıb, hava arabir yağıntılı olub

image-728x90px

Milli Hidrometeorologiya Xidmətinin mayın 26-sı saat 9:00-a olan məlumata əsasən, ölkə ərazisində güclü küləkli hava şəraiti müşahidə olunub. Bəzi yerlərdə şimşək çaxıb, hava arabir yağıntılı olub, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub, Şahdağda isə qar yağıb.

Xidmətdən  Doğru.az-a verilən məlumata görə, şimal-şərq küləyi arabir Gəncədə 28-30 metr/saniyə, Göygöldə 24-28 metr/saniyə, Tovuzda 24 metr/saniyə, Goranboyda 23 metr/saniyə s, Culfada 22 metr/saniyə, Neftçala, Ağstafa, Şəki, Şəmkir, Naftalan, Daşkəsəndə 20 metr/saniyəyədək güclənib.

Düşən yağıntının miqdarı Lerikdə 7 millimetr, Tovuz, Qusarda 4, Bərdə, Ağstafa, Ceyrançöl, İsmayıllı, Yardımlı, Şəki, Ağdam, Şahbuz, Qrız, Şabran, Ağsu, Göyçay, Şahdağ, Tərtər, Yevlax, Zərdab, İmişli, Sabirabad, Yardımlı, Biləsuvar, Astara, Zaqatala, Balakən, Qax, Oğuz, Qəbələ, Qobustan, Ordubad, Culfa, Gədəbəy, Şəmkir, Gəncədə 3, Bakıda və Abşeron yarımadasında 1 millimetrədək olub.

Sumqayıt, Daşkəsən, Qax, Balakən, Gədəbəy, Qusar, Göyçay, Lerik, Qrız, Şahdağda duman müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 20-23, Naxçıvan Muxtar Respublikasında 21-26, Aran rayonlarında 20-25, dağlıq rayonlarda 13-18 dərəcə isti olub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki