Avqustun 2-si saat 9:00-a olan məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi, əsasən bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, arabir yağış yağıb. Ayrı-ayrı yerlərdə leysan xarakterli olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Doğru.az-a bildirilib ki, düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 29, Zaqatalada 4, Gədəbəy, Ceyrançöl, Balakən və Şəkidə 2, Qusar və Qrızda 1 millimetrədək olub.
“Sarı” xəbərdarlığa uyğun olaraq şimal-şərq küləyi arabir Culfada saniyədə 21, Şahdağda 20 metrə çatıb.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 29-32°, Naxçıvan Muxtar Respublikasında 33-36°, Aran rayonlarında 31-36°, dağlıq rayonlarda isə 19-22° isti olub.
DOĞRU.AZ