image-n1karobka_ads
image-123
image-hava-yagis-yaybackend

Faktiki hava: Əsasən dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan yağıb

İyulun 20-si saat 11:00-a olan məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi, əsasən dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan xarakterli yağış yağıb, şimşək çaxıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Doğru.az-a verilən məlumata görə, düşən yağıntının miqdarı Sədərəkdə 2, Naxçıvan, Şərur, Tovuz, Balakən, Gədəbəy, Şəmkir, Şamaxı, Daşkəsən, Şahdağ, Lerikdə 1 millimetrədək olub.

Lerik, Şahdağ və Qrızda duman müşahidə olunub.

Şərq küləyi “sarı” xəbərdarlığa uyğun olaraq Culfada arabir 17 metr/saniyəyədək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan Muxtar Respublikasında 35, Aran rayonlarında 37, dağlıq rayonlarda isə 26 dərəcəyədək isti olub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki