image-n1karobka_ads
image-123
image-1040b24ad935be8a9d557641eab9d99c_2backend

“Qələbəyə aparan yol – 80 il əvvəl yazılan şanlı tarix

1939-cu ildə başlanan İkinci Dünya müharibəsi bəşər tarixinin ən qanlı münaqişəsi kimi yadda qaldı. 100 milyondan çox insanın iştirak etdiyi müharibədə 50 milyondan çox insan həlak oldu. Azərbaycanın minlərlə igid övladı da bu amansız savaşda döyüşərək canından keçdi.

1945-ci il mayın 9-da faşist Almaniyasının təslim olması ilə Qələbə xəbəri dünyaya yayıldı. Bu müharibədə Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə böyük şücaət göstərdi. Bakı neftçilərinin fasiləsiz əməyi, yüksək oktanlı yanacağın istehsalı və döyüşə göndərilən könüllülər Qələbəyə töhfə verdi.

Sovet İttifaqına lazım olan neftin 70%-dən çoxu, benzinin 80%-i və motor yağlarının 90%-i məhz Azərbaycandan təmin olunmuşdu. Ölkə müharibə ehtiyacları üçün milyonlarla manat ianə edib, cəbhəyə isti paltar, əmtəələr və donor qanı göndərib.

Cəbhəyə yola salınan 700 minə yaxın azərbaycanlının 300 mindən çoxu döyüşlərdə həlak olub. 123 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Milli diviziyalar Berlinədək döyüş yolu keçərək Avropanın azad olunmasında iştirak ediblər.

Bu gün də Azərbaycan xalqı faşizm üzərində Qələbəni böyük ehtiramla yad edir. Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, 2025-ci ildə müharibə veteranlarına və arxa cəbhədə çalışan şəxslərə birdəfəlik maddi yardım ayrılıb.

Faşizmə qarşı savaşda həyatını qurban verənlərin xatirəsi daim yaşayır. Bu Qələbə xalqımızın şərəf və iradəsinin, birliyinin rəmzidir.

Tüzalə Əzimova

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki