image-2000x150px
image-123
image-ads_atlas
image-joao_felix_red_card_fulham_chelsea_2022-23-png-crdownloadbackend

Feliks “qırmızı” ilə başladı, “Çelsi” “Fulhem”ə də uduzdu – VİDEO

image-728x90px

İngiltərə Premyer Liqasının VII turundan təxirə salınmış oyunda “Çelsi” “Fulhem”lə qarşılaşıb.

 Yeni ildə üçüncü oyununu keçirən London klubu bu dəfə qələbə üzünə həsrət qalıb.

Görüş “Fulhem”in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu matçla birlikdə “Çelsi”də debüt edən yeni transfer Joao Feliks isə 58-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

Qeyd edək ki, “Çelsi” bundan öncə yanvarın 1-də “Nottingem Forest”lə heç-heçə edib (1:1), ayın 5-də isə “Mançester Siti”yə uduzub – 0:1.

DOĞRU.AZ
image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki