image-2000x150px
image-123
image-ads_atlas
image-08d1732_a-i0308-wab19backend

FHN-in Türkiyədə olan çevik xilasetmə qüvvələrinin növbəti hissəsi ölkəmizə qayıdıb – YENİLƏNİB + FOTO/VİDEO

image-728x90px

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə qardaş ölkədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələrinin növbəti hissəsi bu gün təyyarə ilə ölkəmizə qayıdıb.

Bu barədə FHN-in mətbuat xidmətindən bildirilib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda xilasediciləri Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin əməkdaşları, media və ictimaiyyət nümayəndələri qarşılayıblar.

Türkiyəli diplomatlar Fövqəladə Hallar Nazirliyinin xilasedicilərinin zəlzələ bölgəsindəki fəaliyyətinin yüksək qiymətləndirildiyini bildirib, göstərilən dəstəyə görə Azərbaycan dövləti və xalqına təşəkkür ediblər.

DOĞRU.AZ

15:23

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə qardaş ölkədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələrinin növbəti qrupu bu gün təyyarə ilə Adana hava limanından Bakı şəhərinə yola düşüb.

Qüvvələri hava limanından İmamoğlu rayonunun rəhbəri Mehmet Aksu, Türkiyə Respublikasının Xarici İşlər Nazirliyindən fövqəladə və səlahiyyətli səfir Ayşe Saraç, Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) nümayəndəsi Cumhur Özkaptan, media və ictimaiyyət nümayəndələri yola salıblar.

Türkiyəli rəsmilər Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələrinin hadisə bölgəsindəki fəaliyyətlərini yüksək qiymətləndirib, baş vermiş dağıdıcı zəlzələdən zərər çəkmiş insanların xilas edilməsi, onlara tibbi və psixoloji yardımın göstərilməsində yüksək peşəkarlıq və böyük fədakarlıq nümayiş etdirdiklərini bildiriblər.

Rəsmilər göstərilən dəstəyə görə Azərbaycan dövləti və xalqına təşəkkür ediblər.

DOĞRU.AZ

11:50

Türkiyənin Kahramanmaraş şəhərində baş vermiş zəlzələ ilə əlaqələr qardaş ölkəyə gedən Azərbaycanın 760 nəfərlik axtarış-xilasetmə heyətindən daha 224 nəfəri Bakıya yola salınıb.

Bildirilib ki, bu, Kahramanmaraşdakı azərbaycanlı xilasedicilərin sonuncu qrupudur.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov bildirib ki, azərbaycanlı xilasedicilər zəlzələdən dərhal sonra Türkiyəyə gəliblər:

“Ötən müddət ərzində 53 nəfər dağıntılar altından sağ çıxarılıb. Azərbaycan dövləti, Azərbaycan xalqı hər zaman Türkiyənin yanındadır. Bu şəhərlərin yenidən qurulmasında da Azərbaycan dövləti Türkiyənin yanında olacaq”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki