image-n1karobka_ads
image-123
image-bez-nazvaniya-5backend

FHN: Ötən sutka ərzində 21 yanğına çıxış olub

image-ad_qayo_720x110px

Ötən sutka ərzində 21 yanğına çıxış, 7 halda köməksiz vəziyyətdə qalma və 1 avtomobil qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 7 nəfər xilas edilib, Bakı şəhərinin Qaradağ rayonunda “Hyundai” markalı minik avtomobilinin yol kənarındakı maneəyə çırpılması nəticəsində zədələnmiş avtomobildə sıxılı vəziyyətdə qalan 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki