image-2000x150px
image-123
image-ads_atlas
image-sim1backend

FHN şimal bölgəsində təlim keçirdi – FOTO

image-728x90px

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi Dövlət Yanğından Mühafizə Xidmətinin Quba, Qusar, Şabran, Siyəzən və Xaçmaz rayonlarında yerləşən Yanğından Mühafizə hissələrinin qüvvələri ilə birgə təlim keçirib.

Təlimin keçirilməsində əsas məqsəd baş verə bilən fövqəladə hadisələrlə mübarizə üzrə qüvvələrin koordinasiyalı fəaliyyətinin daha da təkmilləşdirilməsi və fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı şəxsi heyətin bilik və bacarıqlarının artırılması olub.

Təlim zamanı “hündürmərtəbəli binada köməksiz vəziyyətdə qalmış zərərçəkmişlərin” xüsusi xilasetmə vasitələri ilə təxliyəsi və baş vermiş yanğının söndürülməsi əməliyyatları icra edilib, qarşıya qoyulmuş tapşırıqlar uğurla yerinə yetirilib.

Sonda şəxsi heyətin fəaliyyəti təhlil olunub, müvafiq tapşırıqlar verilib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki