image-n1karobka_ads
image-123
image-68e1756b02e8bd38d6212858backend

FİFA ABŞ-ın mövqeyindən asılıdır – Əlişir Nikimbaev

image-ad_qayo_720x110px

FİFA-nın oyun direktoru Əlişir Nikimbaev İsrail millisinin beynəlxalq turnirlərdən kənarlaşdırılmaması ilə bağlı qərarı tənqid edib.

Doğru.az xəbər verir ki, Nikimbaevin fikrincə, UEFA istəsə belə, bu məsələ FİFA-nın mövqeyindən asılıdır:

“UEFA İsraili rəsmi yarışlardan kənarlaşdırmaq istəyə bilər, lakin hər şey FİFA-nın mövqeyindən asılıdır. FİFA-nın bugünkü mövqeyi isə ABŞ-dan asılıdır. Hamı bilir ki, ABŞ İsrailin əsas və mahiyyətcə yeganə müttəfiqidir”.

O əlavə edib ki, FİFA prezidenti Canni İnfantino ABŞ-ın keçmiş prezidenti Donald Trampla dostluq münasibətləri qurmağa çalışır və bu, təşkilatın qərarlarına təsir göstərir.

Qeyd edək ki, bir müddət əvvəl Canni İnfantino “FİFA geosiyasi məsələləri həll edən qurum deyil” bəyanatını vermişdi. Rusiya nümayəndəsi Aleksandr Jukov isə FİFA-nın İsraili turnirlərdən kənarlaşdırmaqdan imtina etməsini “ikili standart” adlandırmışdı.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki