image-ads_n1karobka_mobile
image-2022-05-12t092427z_168035976_rc2k5u9s4lgb_rtrmadp_3_ukraine-crisis-nato-baltics-pic_32ratio_1200x800-1200x800-95811backend

Finlandiya təxminən 50 milyon avro dəyərində minaatan sursatları alacaq

Finlandiyanın müdafiə naziri Antti Hakkänen Müdafiə Qüvvələri üçün təxminən 50 milyon avro dəyərində minaatan sursatının alınmasını təsdiqləyib. Bu barədə Finlandiyanın Yle dövlət televiziyası məlumat yayıb.

Jurnalistlərin fikrincə, mərmilər 2025-2028-ci illər ərzində yerli Componenta Manufacturing Oy-dan alınacaq.

Nəşr qeyd edir ki, müqavilə nəticəsində 210 nəfər bir il ərzində işlə təmin olunacaq. Beləliklə, satınalma ölkədə məşğulluğa təsir göstərəcək.

Mənbə: TASS


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki