image-2000x150px
image-cc7e8f5d-9383-4c1e-8788-2043ced32903_850backend

“Fitch” Azərbaycanın investisiya reytinqi üzrə proqnozu yaxşılaşdırıb

image-728x90px

“Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycanın uzunmüddətli yerli və xarici valyutada defolt reytinqini “BB+” investisiya səviyyəsində təsdiqləyib.

Məlumata görə, agentlik Azərbaycanın reytinq üzrə proqnozunu isə “sabit”dən “pozitiv”ə dəyişdirib.

Agentlik qeyd edib ki, Azərbaycanın güclü fiskal mövqeyi, aşağı suveren borcu, yüksək neft və qaz qiymətləri nəticəsində yığılmış iri həcmdə xarici valyuta aktivləri ölkənin reytinq üzrə proqnozunun artırılmasını şərtləndirib.

Reytinq üzrə proqnozun “sabit”dən “pozitiv”ə yüksəldən agentlik Azərbaycanın xalis suveren aktivlərini 2022-2024-cü illərdə 14,3 faiz bəndi artaraq ÜDM-in 77,6 %-nə çatacağını proqnozlaşdırır ki, bu da reytinq qrupunda ən yüksək göstəricidir.

Agentliyin məlumatında qeyd olunub ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə ÜDM-in 2 %-i həcmində kapital qoyuluşları, habelə yüksək inflyasiya şəraitində artan sosial xərcləri də nəzərə aldıqda, yenilənmiş neft qiyməti proqnozu və qaz qiymətlərinin müəyyən müddət yüksək qalacağı ilə bağlı gözləntilər nəzərə alınaraq 2023-cü ildə icmal büdcənin profisiti son hesabatdan bəri 1,5 faiz bəndi artırılaraq ÜDM-in 6,7 %-nə bərabər olacağı gözlənilir.

Qlobal iqtisadi mühitdə cərəyan edən qeyri-sabitlik və yüksək infilyasiya şəraitində “Fich Reytings” tərəfindən Azərbaycanın uzunmüddətli yerli və xarici valyutada reytinqinin “BB+” investisiya səviyyəsində bir daha təsdiq olunaraq proqnozun “sabit”dən “pozitiv”ə yüksəldilməsi ölkə iqtisadiyyatının dayanıqlıq potensialını nümayiş etdirir.

DOĞRU.AZ

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki