image-ads_n1karobka_mobile
Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev Xırdalanda  baş verən  partlayışla  bağlı-Açıqlama  verib.backend

Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev Xırdalanda baş verən partlayışla bağlı-Açıqlama verib.

Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

“Doğru.az” xəbər verir ki, Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev də hadisə yerindədir.

Görülmüş operativ tədbirlər nəticəsində FHN-in xilasediciləri tərəfindən dağıntı altından daha bir nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib. Bununla da xilasedicilər tərəfindən xilas edilmiş vətəndaşların sayı 6-ya çatıb.

Axtarış-xilasetmə əməliyyatı davam edir. Əlavə məlumat veriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki