Fransanın müdafiə naziri Sebastien Lecornu və onun almaniyalı həmkarı Boris Pistorius bildiriblər ki, Paris və Berlin onların quru müdafiəsinin mərkəzinə çevriləcək yeni tankın birgə istehsalı layihəsini davam etdirmək niyyətindədirlər.
Pistoriusun sözlərinə görə, tərəflər ilin sonuna qədər döyüş maşınının istehsalına dair müqavilə bağlamaq niyyətindədirlər. Onun fransız həmkarı həmçinin KNDS Group, Rheinmetall və Thales kimi şirkətlərin gələcək tankın hazırlanmasında iştirak edə biləcəyini vurğulayıb.
Bundan əvvəl İtaliyanın “Leonardo” şirkəti və Fransa-Almaniya konsorsiumu KNDS-nin Avropada yeni nəsil tankların hazırlanması və istehsalı üçün sənaye ittifaqı yaradacağı bildirilirdi. Alyansın bəyan edilmiş məqsədi “həqiqətən Avropa müdafiə qrupu yaratmaq və əlavə olaraq yerüstü elektronika sahəsində daha sıx əməkdaşlıq etmək” istəyi kimi ifadə edilir.
Mənbə: Reuters