image-2000x150px
image-fe24e76f-6312-4c50-b972-6690a7cccd9ebackend

Fuad Nağıyev: “2026-cı ildə Azərbaycana səfər edən xaricilərin sayını 4 milyon nəfərə çatdırmaq əsas hədəfimizdir”

image-728x90px

image-3e54f6b7-6bb5-46da-ad5b-fe265802ed91 image-3e555418-eed3-4ee5-8ae7-0e2af1eb712f image-7cc32dd9-e211-4cf7-82f2-866a5b59ab3cimage-8d912057-98b4-49a7-9554-6f22d0cf0043 image-59704149-8cc2-47b8-a13e-fa6b97d16710-1

“2026-cı ildə Azərbaycana səfər edən xaricilərin sayını 4 milyon nəfərə çatdırmaq əsas hədəfimizdir”.

Bu haqda Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev dekabrın 8-də keçirilən Azərbaycan Turizm Sammitindəki çıxışında qeyd edib.

O bildirib ki, növbəti 4 il üçün məqsəd turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda ÜDM istehsalı 2019-cu illə müqayisədə 1.5 dəfə artırmaq, orta hesabla hər il turizm sektorunda 20% artıma nail olmaq, ölkə daxilində turizm səfəri edən yerli vətəndaşların sayını isə 6 milyon nəfərə çatdırmaq, bütövlükdə Azərbaycanı dayanıqlı və əlçatan turizm destinasiyasına çevirməkdir.

Fuad Nağıyev turizmin hərtərəfli inkişafına yönəlmiş 10 əsas təməl istiqamət üzrə hədəflərin müəyyənləşdirildiyini, bu hədəflərin “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulan məqsəd və tapşırıqların icrasına istiqamətləndiyini vurğulayıb.

Agentlik sədri çıxışında turizm sektorunun idarəetmə çərçivəsinin daha da təkmilləşdirilməsi üçün regional turizm şuralarının yaradılmasının nəzərdə tutulduğunu qeyd edib. O, turizm sektorunda tənzimlənmə çərçivəsinin inkişafı üçün mehmanxanalara münasibətdə ulduz tələbinin tətbiqi, turizm şirkətlərinə münasibətdə isə mülki məsuliyyət sığortası mexanizminin tətbiqinin nəzərdə tutulduğunu əlavə edib.

Həmçinin çıxışda DTA tərəfindən turizmin inkişafı istiqamətində görülmüş işlər, yeni “Turizm haqqında” Qanunda turizm sahəsinin hüquqi-institusional tənzimləmələri, Agentliyin tabeliyində olan qoruqlarda mədəni irsin qorunması və mühafizə üzrə aparılan yenidənqurma və bərpa işləri, turizm təhsili üzrə insan resurlarının inkişafı istiqamətində görülən işlər, ikitərəfli turizm əlaqələrinin inkişafı üçün atılan addımlar, hədəf bazarlardan aparılan marketinq-təbliğat işləri barəsində, eyni zamadan ilk dəfə olaraq istifadəyə verilən “Turist çağrı və məlumatlandırma” mərkəzi haqqında məlumat verilib.

Fuad Nağıyev Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman Ordumuzun azad etdiyi ərazilərin turizm potensialının öyrənilməsi, reallaşdırılması və tanıdılması üçün aparılan çoxistiqamətli tədbirlərdən bəhs edərək turizmin Qarabağ və Şərqi Zəngəzurda insanların yaşayışını təmin etmək üçün aparıcı sahələrdən biri olacağını vurğulayıb.

Sammit çərçivəsində 4 ayrı kateqoriyada 50-dən çox indikatoru müvafiq alt göstəricilər üzə dövri əsasda əks etdirən “Turizm üzə vahid məlumat bazası”nın təqdimatı keçirilib.

Daha sonra tədbir “Turizm sektorunda dövlət siyasəti və bazar tənzimlənməsi: Azərbaycanda əsas istiqamətlər və yanaşmalar”, “Turizm, mədəni irs və yaradıcı sənaye: yeni çağırışlar”, “Əsas hədəf bazarlarında marketinq fəaliyyəti”, “Turizm sənayesində mövcud vəziyyət və planlar” mövzularında panel diskussiyaları ilə davam edib.

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UĞURLU GƏLƏCƏK NAMİNƏ