image-2000x150px
image-123
image-ads_atlas
image-86f0ce30-68e6-36f1-82c4-53b9c663be6e_850backend

Füzulidə 14 min manatlıq oğurluq edən şəxslər saxlanılıb – FOTO

image-728x90px

Füzuli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində aprel-may aylarında rayon ərazisindəki müxtəlif mağazalardan oğurluqlar etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Füzuli RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməllərini törətməkdə şübhəli bilinən Füzuli rayon sakinləri – Ülvü Ələkbərov, əvvəllər məhkum olunmuşlar Zamin Həsənov və Ruslan Hüseynov tutulublar.

Araşdırmalarla onların qrup halında rayon ərazisindəki mağazalara daxil olaraq nağd pul və müxtəlif əşyalar oğurlamaqla vətəndaşlara 14 min manatdan artıq ziyan vurduğu müəyyən edilib.

Faktlarla bağlı Füzuli RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə onların barəsində həbs qətimkan tədbiri seçilib.

Adıçəkilən şəxslərin digər cinayətlərdə də iştirakının olub-olmaması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

DOĞRU.AZ

image-img-20220511-wa0008

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki