Qlobal iqtisadiyyat pandemiya və Ukrayna ətrafındakı vəziyyət kimi böhranlara davamlılıq nümayiş etdirib.
TASS agentliyi Yeddilik (G7) ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin Yaponiya şəhərində keçirilən görüşünün yekunlarına dair qəbul edilmiş bəyanata istinadən xəbər verir.
Sənəddə deyilir: “Qlobal iqtisadiyyat çoxsaylı şoklara davamlılıq nümayiş etdirib.
Bəyanatda pandemiya nümunələri, eləcə də Ukrayna ətrafındakı vəziyyət və bunun nəticəsində dünyada inflyasiyanın artması göstərilir.
Sənəddə həmçinin deyilir ki, qlobal iqtisadiyyatın perspektivləri ilə bağlı artan qeyri-müəyyənlik şəraitində hökumətlər ayıq qalmalı və makroiqtisadi siyasətlərdə çevik olmalıdır.
Doğru.az