Həmin gecə Belqorod və onun ətraflarında üçüncü dəfə raket xəbərdarlığı elan edilib. Bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov özünün Telegram kanalında məlumat verib.
Bundan əvvəl raket xəbərdarlığı daha iki dəfə – bütün regionda, daha sonra isə Belqorod və Belqorod vilayətində ayrıca elan edilib.
Mayın 12-də Belqorodda atışma zamanı binanın 10 mərtəbəsi uçub. Qurbanların çıxarılması və dağıntıların təmizlənməsinə şəhərin bütün texnikası cəlb olunub. Bunun fonunda BMT mülki hədəflərə hər hansı hücuma qarşı çıxış edib.
Mənbə: TASS