Gəncə Dövlət Milli Dram Teatrının direktoru vəzifəsinə yeni təyinat olub.
Apa.az xəbər verir ki, bununla bağlı Mədəniyyət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən, Ədalət Qasım oğlu Hacıyev Gəncə teatrının direktoru təyin edilib.
Qeyd edək ki, Ədalət Hacıyev son təyinatadək Azərbaycan Dövlət Akademik Rus Dram Teatrına rəhbərlik edib.
DOĞRU.AZ


























