image-2000x150px
image-123
image-ads_atlas
image-2023-01-05_110715backend

Gəncədə 36 kiloqram narkotiki gizlədən qadın TUTULDU 

image-728x90px

Gəncədə qadından 36 kiloqramdan artıq narkotik maddə götürülüb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsi 2-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Diana Mehdiyeva saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman 5,54 qram narkotik vasitə olan marixuana aşkar edilib.

Saxlanılan şəxsin ətrafında davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki istifadəyə yararsız tikilidə gizlətdiyi 6 torbada ümumi çəkisi 36 kq 745 qram marixuana da aşkar edilərək götürülüb

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktla bağlı Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

 

DOĞRU.AZ
image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki