image-ads_n1karobka_mobile
image-c95615bf-ac62-36c7-a283-ce96ca98dcf8_850backend

Gəncədə üç qumbara tapılıb

Gəncədə üç ədəd yararsız vəziyyətdə olan “F-1” qumbarası, iki ədəd “UZRQM” və bir ədəd “MUV” alışdırıcı tapılıb.

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşları Natəvan qəsəbəsi ərazisində tapılan partlayıcı vasitələri aidiyyəti üzrə təhvil veriblər.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki