Doğru.az xəbər verir ki, Heydər Əliyev Sarayının təşəbbüsü ilə 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunan “Qəhrəman gənc” layihəsi təqdim olunub. Heydər Əliyev Sarayı tərəfindən hazırlanan yeni layihənin əsas məqsədi istedadlı gəncləri və Vətən müharibəsində iştirak etmiş mədəniyyət işçilərini gənclər arasında təbliğ etməkdir.
Layihədə iştirak edən istedadlı gənclərdən Şəhriyar İmanov (tar), Əli Məmmədov (royal), “The Passion” kvarteti, Coşqun Qadaşov (royal), “Baku band” qrupu, Aytac Hüseynova, Nigar Paşayeva, Nərgiz Qafarlı, Yusif Qurbanov, Şəfiqə Abbasova, Leyla Lütfəliyeva, Aslan Nuri, Türkanə Kərimli, Jalə Quliyeva, Kamran Lətifov, Şamil Məmmədov, Afiya Babayeva, Nərminə Abdullayeva (rəssam) bədii və rəsm kompozisiyalarını təqdim ediblər.
Qeyd edək ki, baş tutan layihə də 44 günlük Vətən müharibəsində mədəniyyət sahəsində çalışan və könüllü olaraq ordu sıralarına yazılan Heydər Əliyev Sarayının əməkdaşı Azay Azayev, Azərbaycan Dövlət Akademik Filarmoniyasının əməkdaşı Firdovsi Eyvazov və Akademik Milli Dram Teatrının əməkdaşı Tərlan Əsgərli də iştirak ediblər.


