image-2000x150px
image-123
image-ads_atlas
image-bez-nazvaniya-6backend

Gömrükdə daha bir əməliyyat: Maliyyə maxinasiyasına görə saxlanılanlar barədə RƏSMİ AÇIQLAMA – YENİLƏNİB

image-728x90px

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Dövlət Gömrük Komitəsi ilə birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rüşvət alan gömrük işçilərinin qanunsuz əməlləri ifşa edilib.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi Gömrük dəyərləndirilməsi və risklərin idarə olunması şöbəsinin əməkdaşı Şahin İskəndərovun ölkəyə gətirilmiş avtomobillərə görə ödəniləcək rüsum və digər xərclərin azaldılması müqabilində rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Habelə, qeyd edilən dövlət qurumunun Şimal Ərazi Baş Gömrük İdarəsinin Şirvanlı Gömrük Postunun əməkdaşı Cavid Məmmədovun postda yoxlama tədbirlərinin səthi və sürətli aparılması müqabilində rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Cavid Məmmədovun dəfələrlə müxtəlif məbləğlərdə pul vəsaitlərini üzərində gizlədib bəyan etmədən Rusiya Federasiyasına qanunsuz keçirilməsinə köməklik göstərilməsi müqabilində vətəndaşlardan rüşvət almasına əsaslı şübhələr müəyyən edilib.

Qeyd olunan faktlar üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işləri başlanıb

Şahin İskəndərov və Cavid Məmmədova Cinayət Məcəlləsinin 311.2 (rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələrilə ittiham elan edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işləri üzrə istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

12:08

Pul vəsaitlərinin qanunsuz dövriyyəsində şübhəli bilinən gömrük əməkdaşı saxlanılıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsinin (DGK) “Azərterminalkompleks” Birliyinin əməkdaşı Cavid Məmmədov saxlanılıb.

O, gömrük orqanlarına bəyan edilməmiş vəsaitlərin dövriyyəsini aparmaqda şübhəli bilinir. Belə ki, C.Məmmədov TIR sürücüləri vasitəsilə qeyri-qanuni maliyyə maxinasiyası həyata keçirməkdə ittiham edilir. İlkin məlumata görə, C.Məmmədov ölkəyə dollar, rubl keçirmək istəyərkən saxlanılıb.

Qeyd edək ki, ötən gündən başlayaraq Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Dövlət Gömrük Komitəsinin Aksizli mallar İdarəsində əməliyyat həyata keçirilir. Saxlanılanlar var və əməliyyat hələ də davam edir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki