image-n1karobka_ads
image-123
image-17567162004746348525_1200x630backend

Göygöl rayonunda “II Moruq Festivalı” və Aqrar Biznes Festivalı keçirilib – FOTO

image-ad_qayo_720x110px

Göygöl rayonunun Keşkü kəndində bölgənin aqrar potensialının və aqroturizmin inkişafına dəstək məqsədilə “II Moruq Festivalı” və Aqrar Biznes Festivalı təşkil olunub.

Doğru.az xəbər verir ki, festival Göygöl Rayon İcra Hakimiyyəti və Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Dövlət Turizm Agentliyi, “AzerGold” QSC, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və digər dövlət və özəl qurumların dəstəyi ilə keçirilib.

Festivalın açılışında çıxış edən Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev bildirib ki, tədbir yerli istehsalçılara məhsullarını tanıtmaq və aqroturizmin inkişafı üçün geniş imkan yaradır. O, həmçinin festivalın turizm sektorunda rəqabət qabiliyyətinin artırılması, moruq istehsalının təşviqi və iqtisadi inkişaf baxımından əhəmiyyətini vurğulayıb.

Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov qeyd edib ki, festival fermerlər və sahibkarlar üçün məhsullarını nümayiş etdirmək, yeni satış kanalları tapmaq və təcrübə mübadiləsi aparmaq üçün əhəmiyyətli platformadır. Tədbir çərçivəsində “Aqrar sahəyə dövlət dəstəyi mexanizmləri” panel müzakirələri və kredit yarmarkası da təşkil olunub.

Festival iştirakçıları moruq və digər giləmeyvə növlərinin dequstasiyası, satış, ustad dərsləri və əyləncəli proqramlarla tanış olublar. Qeyd olunub ki, Göygöl Azərbaycanda ən çox giləmeyvə, xüsusən moruq becərilən rayonlardan biridir. Ötən il 120,5 hektar sahədə 164,6 ton məhsul yığılıb.

İki gün davam edən festivalları minlərlə qonaq ziyarət edib və bölgənin aqrar potensialını yaxından izləmə imkanı əldə edib.

DOĞRU.AZ

image-17567162005844538954_1200x630 image-1756716200404529348_1200x630 image-17567162003134335158_1200x630 image-17567162004304855463_1200x630 image-17567162005550429555_1200x630 image-17567162001743318850_1200x630 image-1756716200314884075_1200x630 image-17567162004408724716_1200x630 image-175671620031154372_1200x630 image-17567162002154816197_1200x630 image-17567162005159254407_1200x630 image-17567162005930125546_1200x630 image-17567162002648858897_1200x630 image-17567162001869525058_1200x630 image-17567162004865512078_1200x630 image-17567162005296729266_1200x630 image-17567162002249752105_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki