Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası xəbər verib ki, 4294-4296-4298 nömrəli günəş ləkələri kompleksi ulduzlararası 3I/ATLAS obyektinin birbaşa təsir zonasına daxil olub.
Doğru.az xəbər verir ki, bu kompleks bu ilin ən böyük günəş ləkələrindən biridir. Dekabrın 8-dən etibarən X və M sinifli məşəllər müşahidə olunub. Obyekt hazırda Yerə yaxınlaşır və 19 dekabrda planetə ən yaxın məsafəni qət edəcək.
Alimlər bildirirlər ki, 3I/ATLAS Günəş-Yer xəttindən təxminən 65 dərəcə bucaq altında hərəkət edir və dekabrın 10-11-də Günəşdəki aktiv mərkəzin birbaşa təsir zonasında olacaq. Laboratoriya bunun “yadplanetlilərlə son qarşıdurma” üçün əlverişli məqam olduğunu qeyd edib.
Daha əvvəl Harvard Universitetinin astrofiziki Avi Loeb bildirib ki, 3I/ATLAS kosmik obyektinin trayektoriyasını dəyişdirmək üçün Günəşdən gələn kosmik şüalar rol oynaya bilər.
DOĞRU.AZ




























