image-ads_n1karobka_mobile
image-17301076476236619585_1200x630backend

Günün birinci yarısında Bakıya və Abşeron yarımadasına düşən yağıntı aylıq normanın 30 faizini təşkil edib

Oktyabrın 28-i günün birinci yarısında Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində qısamüddətli leysan xarakterli yağış yağıb. Yağıntının miqdarı 9 millimetr qeydə alınıb. Düşən yağıntı aylıq normanın 30 faizini təşkil edib.

Doğru.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.

O qeyd edib ki, Bakıda və Abşeron yarımadasında yağış kəsilsə də, günün ikinci yarısınadək bəzi ərazilərdə fasilələrlə davam edəcəyi gözlənilir.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki