image-n1karobka_ads
image-123
image-17600244204542249440_1200x630backend

Gürcüstan mətbuatı Azərbaycan Prezidentinin rusiyalı həmkarı ilə görüşündən yazır

image-ad_qayo_720x110px

Gürcüstanın geniş oxucu kütləsinə malik interpressnews.ge, 1tv.ge, aktual.ge portalları Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistanda Rusiya Prezidenti Vladimir Putinlə görüşü barədə informasiyalar yayıblar.

AZƏRTAC xəbər verir ki, Azərbaycan, gürcü və rus dillərində dərc olunan materiallarda Azərbaycan və Rusiya dövlət başçılarının görüşündə AZAL-a məxsus təyyarənin vurulması barədə məsələnin müzakirə olunduğu bildirilir. Putinin sözlərinə istinadla qeyd olunur ki, belə faciəvi hallarda Rusiya təzminat ödəmək üçün lazım olan hər şeyi edəcək.

Məlumatlarda 2024-cü il fevralın 25-də Qazaxıstanın Aktau şəhərinin hava limanı yaxınlığında Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğradığı xatırladılır. Bildirilir ki, göyərtədə 62 sərnişin və 5 ekipaj üzvü olub. Hadisə nəticəsində 38 nəfər həlak olub. İlkin araşdırmaya görə, təyyarə Rusiyaya məxsus raketlə vurulub.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki