image-2000x150px
image-123
image-ads_atlas
image-6f5e8524-772d-3d53-9fbe-50b4fabf6e65_850backend

Gürcüstanın DİN rəhbəri Azərbaycana təşəkkür edib

image-728x90px

Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri Azərbaycana ölkəsində davam edən meşə yanğınlarının söndürülməsi üçün xüsusi texnikanın göndərilməsi təklifinə görə təşəkkür edib.

Bu barədə “Report” Gürcüstan mətbuatına istinadən xəbər verir.

Nazir qeyd edib ki, hazırda Samtsxe-Cavaxetiya bölgəsinin Borjomi rayonunda davam edən meşə yanğınlarının söndürülməsinə xüsusi texnika tələb olunmur, çünki çətin relyefə görə yanğınların olduğu əraziyə getmək çətindir.

Nazir vurğulayıb ki, yanğınlar Bakı-Tbilisi-Ceyhan neft kəmərinə təhlükə törətmir.

Onun sözlərinə görə, Gürcüstanda son beş gündə ilk dəfə olaraq meşə yanğınları azalıb.

V.Qomelauri Türkiyəyə də yanğınların söndürülməsi üçün üç xüsusi təyyarə göndərdiyinə görə təşəkkür edib. Gürcüstanın helikopterləri gün ərzində güclü külək səbəbindən işləyə bilmədiyi üçün Türkiyənin yanğınsöndürən təyyarələri çox kömək ediblər.

“Aviasiya mümkün olan ən yüksək səviyyədə çalışıb və nəticə göz qabağındadır, yanğın mənbəyi və onun yayılma sahəsi nisbətən azalıb”, – nazir bildirib.

Xatırladaq ki, Borjomi yaxınlığındakı meşələrdə baş verən yanğının söndürülməsinə yanğınsöndürənlərlə yanaşı, hərbçilər, polis əməkdaşları, o cümlədən Ekologiya Nazirliyinin və bir sıra digər qurumların əməkdaşları cəlb olunub.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki