image-2000x150px
image-123
image-ads_atlas
image-1663826390_1656142649-1609084357_1602159056_neft13backend

HƏMAS-ın İsrailə hücumu fonunda neftin qiyməti qalxıb

image-728x90px

Brent markalı neftin fyuçerslərinin dəyəri dərhal 5,2% artaraq bir barel üçün 89 dollara, WTI markalı neftin tədarükü üzrə müqavilələr isə 5,3% artaraq 87,2 dollar/barelə çatıb.

Ekspertlər bazarın reaksiyasını ABŞ-ın ora hərbi gəmilər göndərmək qərarı fonunda regionda münaqişənin genişlənməsi qorxusu ilə əlaqələndirirlər. Bunu ICE birjasının ticarət məlumatları sübut edir.

Bloomberg-in məlumatına görə, treyderlər Yaxın Şərqdə münaqişə iştirakçılarının sayının mümkün genişləndirilməsinə hazırlaşırlar. Capital.com-un baş analitiki Kyle Rodda, “Bu keçən həftə sonu hadisələri açıq şəkildə bölgə üçün sabitliyi pozur və investorlara düşünmək üçün çox şey verir” dedi.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki