image-ads_n1karobka_mobile
image-66fa3ccbae5ac977aa19fd07backend

HƏMAS Livandakı qərargah rəisinin öldüyünü elan edib

Fələstinin HƏMAS hərəkatının Livandakı qərargahının rəhbəri Fəth Şərif Əbu əl-Əmin İsrailin hava hücumu nəticəsində həlak olub.

TASS yazır ki, bu barədə Həmas nümayəndələri məlumat yayıb.

İsrail qüvvələri Əbu əl-Əminin yaşadığı Livanın Tire şəhəri yaxınlığındakı El-Bass fələstinli qaçqın düşərgəsinə hücum edib.

Bundan əvvəl İDF Livanda Hizbullah liderlərindən biri Nabil Kaukun öldüyünü elan etmişdi.

Mənbə TASS


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki