image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-2023-01-17t134825-287-1backend

Hikmət Hacıyev İsrail Xarici İşlər Nazirliyinin rəsmiləri ilə görüşüb

image-728x90px

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrail Xarici İşlər Nazirliyinin (XİN) yüksək səviyyəli rəsmiləri ilə görüşüb.

Hikmət Hacıyev bu barədə öz “Twitter” hesabında paylaşım edib.

Hikmət Hacıyev İsrail Xarici İşlər Nazirliyinin siyasi direktoru Aliza Bin Noun və səfir, XİN-in baş direktorunun müavini, strateji məsələlər şöbəsinin müdiri Coşua Zarka ilə görüşüb.

“Nobel Qardaşlarının Ev-Muzeyində Aliza Bin Noun və Coşua Zarkanı salamlamağa və ölkələrimiz arasında ikitərəfli tərəfdaşlıq, qarşılıqlı maraq doğuran regional məsələlər barədə geniş müzakirə aparmağa məmnunam. Azərbaycanın İsraildə səfirliyinin açılması əməkdaşlığımızı daha da gücləndirəcək”, – deyə Hikmət Hacıyev paylaşımında qeyd edib.

DOĞRU.AZ
image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki