Hindistan hakimiyyəti Himalay dağlarında yollar, tunellər və uçuş-enmə zolaqlarının tikintisinə yüz milyonlarla dollar xərcləyir və Çinlə potensial münaqişəyə hazırlaşır.
Doğru.az xəbər verir ki, bu məlumatı Amerikanın “The Wall Street Journal” qəzeti yayıb.
Nəşrin məlumatına görə, Hindistan qışda yüksək hündürlükdə yerləşən əraziləri hərbi məntəqələr və təcrid olunmuş mülki yaşayış məntəqələri ilə birləşdirməyi planlaşdırır. Qəzet bildirir ki, “Ən iddialı layihələrdən biri Hindistanın şimalındakı dağlarda təxminən 11.500 fut (3,5 km) yüksəklikdə qazılan Zojila tunelidir”.
Daha əvvəl “New York Times” qəzeti Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) 1965-ci ildə Himalay dağlarının bir zirvəsində nüvə generatorunu itirdiyini xəbər vermişdi.
DOĞRU.AZ




























