image-n1karobka_ads
image-123
image-6815d706ae5ac90a5615e1d1backend

Hindistan Pakistandan malların idxalına və tranzitinə qadağa qoyub

Hindistan Xarici Ticarət Departamenti bildirib ki, Hindistan tərəfi Pakistandan malların idxalına və tranzitinə qadağa qoymaq qərarına gəlib.

Bu barədə TASS sənədə istinadən xəbər verir.

Bildirilir ki, qadağa “Pakistanda istehsal olunan və ya ondan ixrac edilən” hər hansı malların birbaşa və ya dolayı yolla idxalına, eləcə də tranzitinə şamil edilir.

Qeyd olunur ki, sərəncam Hindistanın milli təhlükəsizliyinin maraqları üçün tətbiq edilib.

Hindistan bundan əvvəl Pakistanın Cammu və Kəşmirdə Nəzarət Xəttində atəşkəsi pozduğunu bildirmişdi.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki