Hindistan hökuməti Saxalin-2 neft-qaz layihəsində iştirak etməkdə maraqlıdır.
Bu barədə Respublikanın Neft və Təbii Qaz Nazirliyinin katibi Pankaj Jain bildirib.
“Biz neft-qaz aktivləri baxımından Rusiyaya investisiya imkanlarını nəzərdən keçirməyə davam edirik. Şərtlər bizə uyğun olarsa, biz hər zaman danışıqlara və Saxalin-2 və ya başqa layihədə iştiraka açığıq”, – nəşrin həmsöhbəti vurğulayıb.
Jainin sözlərinə görə, Hindistanın Saxalin-2-də iştirakı hələ NOVATEK layihədə iştirak iddiasına başlamazdan əvvəl müzakirə edilib.
Mənbə: Bloomberg