image-n1karobka_ads
image-123
image-6920ed0d02e8bd70b109c966backend

Hindistanın Reliance şirkəti Rusiya neftinin tədarükünü dayandırır

image-ad_qayo_720x110px

Hindistanın Rusiya neftinin ən böyük alıcısı olan Reliance Industries noyabrın 20-dən etibarən Camnaqar neft emalı zavoduna xam neft tədarükünü dayandıracağını açıqlayıb.

Doğru.az xəbər verir ki, məlumatı “The Washington Post” yayıb. Bildirilir ki, bu addım ABŞ-ın Rusiyanın əsas neft ixracatçılarına qarşı tətbiq etdiyi yeni məhdudiyyətlərin qüvvəyə minməsindən əvvəl atılıb.

Buna baxmayaraq, Hindistandakı səfir Denis Alipov bildirib ki, Rusiya hələ də Hindistanın ən böyük neft tədarükçüsü olaraq qalır və ölkələr arasında enerji əməkdaşlığı davam edir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki