Doğru.az xəbər verir ki, amerikalı aktyor Maykl Madsenin 67 yaşında vəfat etdiyi dünən məlum olub. Onun meyiti evdə tapılıb, ilkin məlumata görə, ölümünə ürək dayanması səbəb olub.
Madsen “Nifrətli səkkizlik” filmində birgə rol aldığı aktyor Uolton Qoqqins tərəfindən “çılğın ikona” və “heç kəsə bənzəməyən aura sahib” kimi xatırlanır.
1994-cü ildə “Prison Break” filmində əməkdaşlıq etmiş aktrisa Cennifer Tilli sosial şəbəkədə Madseni sevimli həmkarlarından biri kimi qeyd edib.
Komediya ustası Rob Şnayder onun “çəkiş meydançasında hər kəsin işini rahat hiss etdirməsi” xüsusiyyətini vurğulayıb.
Rejissor Robert Rodriges 2005-ci ildə “Sin City” filminin çəkilişlərində Madsenin orijinal improvizasiyalarını xatırlayaraq, onu “ən böyüklərdən biri” adlandırıb.
Maykl Madsenin kiçik bacısı, aktrisa Virciniya Madsen isə vida paylaşımında “əfsanəyə çevrilməzdən əvvəlki oğlanı” üçün darıxacağını bildirib.
Hollivudun məşhur simaları sosial şəbəkələrdə Kventin Tarantinonun kult filmlərində rol almış amerikalı aktyorun xatirəsinə dərin ehtiramlarını bildirir. The Independent-in məlumatına görə, sənət aləmi Madsenin itkisinə yas tutur.
DOĞRU.AZ