Honkonqda Vanq Fuk Kort yaşayış binasında baş verən yanğın nəticəsində ölənlərin sayı 161-ə yüksəlib.
Doğru.az xəbər verir ki, bu barədə South China Morning Post qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Honkonqun Tay Po rayonunda baş verən yanğınla bağlı daha bir nəfərin həlak olduğu təsdiqlənib və bununla da ölənlərin ümumi sayı 161 nəfərə çatıb.
Bildirilir ki, rəqəmlər məhkəmə-tibbi ekspertiza zamanı yeni bir şəxsə məxsus DNT nümunəsinin aşkarlanması nəticəsində dəqiqləşdirilib.
Qeyd edək ki, daha əvvəl Honkonqda yaşayış kompleksində baş verən yanğın nəticəsində dəymiş maddi ziyanın 642 milyon dollardan çox olduğu açıqlanmışdı.
Xatırladaq ki, noyabrın 26-da Honkonqda hər biri 31 mərtəbəli olan bir neçə göydələndə güclü yanğın qeydə alınmışdı.
Hadisənin səbəbləri ilə bağlı araşdırmalar davam etdirilir.
DOĞRU.AZ




























