Bloomberg, ABŞ Yarımkeçiricilər Sənayesi Assosiasiyasına istinadən xəbər verir ki, Çin şirkəti Huawei, Çində fərqli ad altında gizli yarımkeçirici fabriklər açır.
Agentliyin məlumatına görə, gizli istehsal Huawei-yə ABŞ sanksiyalarından yan keçməyə imkan verəcək. Şirkət çiplərin istehsalı üçün Amerika avadanlıq və materialları alır.
“ABŞ və Çin arasındakı gərginliyin mərkəzində olan Huawei, keçən il çip sənayesinə daxil oldu və Vaşinqtonda yerləşən Yarımkeçirici Sənayenin hesablamalarına görə, hökumətdən təxminən 30 milyard dollar dövlət maliyyəsi alacağı təxmin edilir. O, ən azı iki mövcud fabrik əldə edib və ən azı daha üç fabrik tikir”, – nəşrdə deyilir.
Mənbə: Bloomberg